Pakistan Əfqanıstana havadan və qurudan hücuma keçdibackend

Pakistan Əfqanıstana havadan və qurudan hücuma keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistan Əfqanıstanın Xost və Kunar əyalətlərinə havadan və qurudan hücumlar həyata keçirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Taliban müvəqqəti hökumətinin Xost Polis İdarəsinin sözçüsü mətbuata açıqlamasında bildirib.

Bildirilir ki, Pakistan hava qüvvələri Xost şəhərinin Spire rayonunda 4 kəndə hava zərbələri endirib.

Sözçü hücumda mülki itkilərin və bu kəndlərin Pakistan sərhədinə yaxın olduğunu açıqlayıb.

Şahidlər hücumda ölən və yaralananların sayının 15-dən çox olduğunu bildiriblər.

Taliban müvəqqəti hökumətinin Xarici İşlər Nazirliyi Pakistanın Kabildəki səfirini nazirliyə çağıraraq hücumlarla bağlı izahat istəyib.
axar.az