Pakistan hökuməti Xanın müzakirə tələbinə rədd cavabı verdibackend

Pakistan hökuməti Xanın müzakirə tələbinə rədd cavabı verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanın İnformasiya və Yayım naziri Məryəm Auranqzeb “dövlətə hücum edənlərlə” danışa bilməyəcəklərini və keçmiş baş nazir İmran Xanın danışıqlar tələbini rədd etdiklərini bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İnformasiya və Yayım naziri Məryəm Auranqzeb açıqlama verib.

“Ölkəni yandıran, xaos və anarxiya yaradan, cəmiyyətin şüurunu nifrətlə dolduran, silahlı qruplaşmalara ev sahibliyi edənlərlə dialoq mümkün olmayacaq” deyə Auranqzeb bildirib.

Xanın “danışıq deyil, siyasi amnistiya istədiyini” irəli sürən Auranqzeb, “Terrorçuların və cinayətkarların liderləri ilə danışıqlar aparıla bilməz” deyə qeyd edib.

NOCOMMENT.AZ