Pakistan Makrona görə Fransaya nota verdibackend

Pakistan Makrona görə Fransaya nota verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistan Fransa Prezidenti Emmanuel Makronun antiislamçı çıxışı ilə əlaqədar Parisə nota verib.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu məlumatı Pakistan Xarici İşlər Nazirliyi yayıb. Nota Fransanın İslamabaddakı səfirinə təqdim edilib.

Pakistan Xarici İşlər naziri Şah Mahmud Qüreyşi BMT-ni Parisin fəaliyyətlərini diqqətə almağa çağırıb. O, Makronun çıxışının radikalizm və dinlərarası qarşıdurma alovuna yağ tökmək effekti yaratdığını bildirib.

Qeyd edək ki, bundan öncə Liviya Makronun islamofob mövqeyinə görə bu ölkənin şirkətləri ilə bağladığı enerji müqavilələrinə son vermək istəyini bildirib.