Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 blokpostu ələ keçiribbackend

Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 blokpostu ələ keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistan Silahlı Qüvvələri Əfqanıstanla sərhəddə ölkə ərazisinə hücumlar edən terrorçu qruplara dəstək vermiş 19 nəzarət məntəqəsini ələ keçirib.

NOCOMMENT.az bildirir ki, bu barədə “Geo” telekanalı ölkənin təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Əfqanıstan silahlı qüvvələri həmsərhəd dairələrdə bir neçə nəzarət məntəqəsini atəşə tutduqdan sonra Pakistan ordusu cavab zərbəsi endirib.

Nəticədə bir neçə blokpost məhv edilib. Əfqanıstan ordusu ciddi itkilər verib. Əfqanıstan qüvvələrinin atəş dəstəyi ilə sərhədi keçməyə cəhd edən İŞİD və “Pakistanın taliblər hərəkatı”nın silahlı qrupları da məhv edilib.

Pakistan ordusu artilleriyadan, tanklardan, yüngül və ağır silahlardan istifadə edib.