Pakistan və Əfqanıstandan 48 saatlıq atəşkəsə “hazırlıq” : yenidən toqquşdularbackend

Pakistan və Əfqanıstandan 48 saatlıq atəşkəsə “hazırlıq”: yenidən toqquşdular

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistan və Əfqanıstan sərhədində yenidən döyüşlərin başlaması yeni itkilərə gətirib çıxarıb. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Taliblər bildiriblər ki, Spin-Boldak rayonunda Pakistan qüvvələrinin hücumları nəticəsində ondan çox mülki şəxs ölüb və 100-ə yaxın insan yaralanıb.

Pakistan tərəfi bəyan edib ki, sərhəddə yerləşən Çaman rayonunda “Taliban” qüvvələrinin hücumları nəticəsində 4 mülki vətəndaş yaralanıb, 6 pakistanlı hərbçi və 9 talib həlak olub.

“Reuters”in Pakistan Xarici İşlər Nazirliyinə istinadən məlumatına görə, Pakistan hökuməti Talibanla hərbi əməliyyatları dayandırmaq barədə razılığa gəlib. Atəşkəs bu gün saat 18:00-da başlayacaq və 48 saat davam edəcək.

Xatirə SADİQ