Pakistan və Əfqanıstan arasında 48 saatlıq atəşkəs müddəti uzadılıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Dawn” qəzeti adı açıqlanmayan yüksək səviyyəli diplomatik mənbəyə istinadən məlumat yayıb.
Məlumatda bildirilib ki, atəşkəs Əfqanıstanın tələbi bu gün Qətərin paytaxtı Dohada başlaması gözlənilən danışıqların sonuna qədər uzadılıb.
“Tolo News” isə bunun Pakistanın istəyi ilə edildiyini açıqlayıb.
Danışıqların bitmə tarixi ilə bağlı məlumat verilməyib.













