Pakistan və İran razılaşdı, səfirlər qayıdırbackend

Pakistan və İran razılaşdı, səfirlər qayıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistan və İran səfirlərini yanvarın 26-dək geri qaytarmağa razılaşıb.

NOCOMMENT.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Pakistan və İran Xarici İşlər nazirliklərinin rəhbərləri arasında telefon danışığından sonra hər iki ölkənin səfirlərinin 2024-cü il yanvarın 26-dək öz vəzifələrinə qayıtmaları üçün birgə razılıq əldə olunub”, – məlumatda bildirilib.

Qeyd edək ki, yanvarın 16-da İran Pakistanın Bəlucistan əyalətinin Kuhi- Sabz ərazisində olan “Ceyş ül-Ədl” qruplaşmasına raket və pilotsuz təyyarələrlə zərbələr endirib. Pakistan 18 yanvarda bu zərbəyə cavab verməklə yanaşı, raket hücumunu kəskin qınamış, səfirini geri çağırmış və İrana bütün rəsmi səfərləri ləğv etmişdi.