Pakistanda 200-dən çox məhbus zəlzələ zamanı həbsxanadan qaçıbbackend

Pakistanda 200-dən çox məhbus zəlzələ zamanı həbsxanadan qaçıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Karaçidəki (Pakistan) Malir dairə həbsxanasından 200-dən çox məhbus zəlzələ zamanı təxliyə edildikdən sonra qaçmağa müvəffəq olub.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Pakistan KİV-i yerli polisə istinadən məlumat yayıb.

Bildirilib ki, polis ərazini mühasirəyə alıb, nəticədə 78 məhbus tutulub, bir nəfər atışma zamanı öldürülüb. Üç təhlükəsizlik əməkdaşı yaralanıb.

Ümumilikdə təxminən 2 min məhbus təxliyə edilib, onlardan 213 nəfər qaçıb.