Pakistanda bir nəfər Türkiyədə onlarla insana milyonlarla dollar yardım edibbackend

Pakistanda bir nəfər Türkiyədə onlarla insana milyonlarla dollar yardım edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kahramanmaraşda baş verən dəhşətli zəlzələlərdən sonra Türkiyəyə yardımlar tökülərkən, adı açıqlanmayan Pakistan vətəndaşının ABŞ-ın Türkiyədəki səfirliyinə 30 milyon dollar bağışlaması müzakirələrə səbəb olub.

NOCOMMENT xəbər verir ki, Türkiyədəki zəlzələ səbəbiylə bir çox ölkə bölgəyə yardım göndərməyə davam edərkən, adını açıqlamayan Pakistan vətəndaşı 30 milyon dollar ianə vermək üçün ABŞ səfirliyinə gedib.

Fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələlərdə həyatını itirənlərin sayı hər dəqiqə artarkən, dünyanın hər yerindən yardımlar gəlməyə davam edir. Pakistanın baş naziri Şahbaz Şərifin özünün sosial media hesabında Twitter-dəki paylaşımı bu yaxınlarda ölkədə səslərin artmasına səbəb olub. Baş nazir Şərif, “Adını açıqlamayan bir Pakistan vətəndaşının ABŞ-ın Türkiyədəki səfirliyinə girərək zəlzələdə həyatını itirənlər üçün 30 milyon dollar bağışlaması məni çox təsirləndirdi” dedi.