Pakistanda hücum: Ölənlər varbackend

Pakistanda hücum: Ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstanla həmsərhəd olan Hayber Paxtunxva əyalətinin Cənubi Vəziristan bölgəsində nəzarət-buraxılış məntəqəsinə hücum həyata keçirilib.

NOCOMMENT.az xəbər verir ki, Pakistanın Hayber Paxtunxva əyalətində nəzarət-buraxılış məntəqəsinə edilən hücumda 2 təhlükəsizlik qüvvəsi, 1 polis olmaqla  4 nəfər həyatını itirib, 2 polis isə yaralanıb.

Hücuma görə məsuliyyəti hələlik heç kim üzərinə götürməsə də, bu, son 24 saat ərzində bölgədə ikinci hücumdur.

Qeyd edək ki, dünən Hayber Paxtunxva əyalətində silahlıların qaz zavoduna hücumu nəticəsində 4 hərbiləşdirilmiş qüvvə və 2 şəxsi mühafizəçi həlak olub.

NOCOMMENT.AZ