Pakistanda İmran Xan gərginliyibackend

Pakistanda İmran Xan gərginliyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanda yenidən ara qarışıb.

NOCOMMENT.az xəbər verir ki, Pakistanın daxili işlər naziri İmran Xanın ona qarşı açılan iddialarda iştirak etmədiyi səbəbilə saxlanılacağını açıqlayıb.

Bunun qarşısını almaq istəyən minlərlə İmran Xan tərəfdarı polisə qarşı çıxıb.

İmran Xanın evinə getmək istəyən təhlükəsizlik qüvvələri gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.

Lakin polis yüzlərlə insanın qurduğu barrikadanı aşa bilməyərək razidən geri çəkilməli olub.

Baş verən hadisələrdən sonra sabiq baş nazir martın 18-də məhkəməyə gələcəyini vəd edən sənəd imzalayıb.

Qeyd edək ki, Lahorda baş verən qarşıdurmalarda çoxlu nümayişçi saxlanılıb.

NOCOMMENT.AZ