Pakistanda məktəblərdə Türkiyə və Suriya üçün ianə kampaniyası başladılıbbackend

Pakistanda məktəblərdə Türkiyə və Suriya üçün ianə kampaniyası başladılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş nazir Şahbaz Şərifin göstərişi ilə Pakistanda federal hökumətə bağlı məktəblərdə Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə yardım kampaniyası başladılıb.

NOCOMMENT xəbər verir ki, Pakistanın təhsil naziri Rana Tanvir Hüseyn, Baş nazir Şərifin göstərişindən sonra məktəblərdə ianə kampaniyasına başlamaq qərarı imzalayıb.

Nazir Hüseyn Türkiyə və Suriyada zəlzələ qurbanlarının yaraları sağalana qədər kampaniyanın davam edəcəyini açıqlayıb.

Təhsil Nazirliyindən Dr. Qulam Əli Mallah AA müxbirinə verdiyi açıqlamada bu gün İslamabadda 5 məktəbdə başlayan yardım kampaniyasının bütün ölkəyə yayılacağını bildirib.

Bu gün təşkil edilən kampaniyada müəllim və şagirdlər məktəblərdə yaradılan ianə qutuları vasitəsilə Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə dəstək olublar.

Digər tərəfdən Pəncab Universiteti, Milli Elm və Texnologiya Universiteti (NUST) və Mazen Məktəblərində Türkiyəyə dəstək kampaniyaları davam edir.