Pakistanda peyvənd edən tibb işçilərinə silahlı hücumbackend

Pakistanda peyvənd edən tibb işçilərinə silahlı hücum

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanın Hayber Paxtunxva əyalətində poliomielitə qarşı peyvənd edən tibb işçilərinə silahlı basqın edilib.

NOCOMMENT.az xəbər verir ki, milli mətbuatda yer alan xəbərə görə, Hayber Paxtunxva əyalətinin Şimali Vəziristan bölgəsində poliomielit peyvəndi verən həkim heyətinə silahlı hücum edilib.

Hücum zamanı  tibb qrupunu qoruyan 1 əsgər həyatını itirib, 1 əsgər isə yaralanıb.

Hələlik cinayəti kimin törətdiyi məlum deyil.

NOCOMMENT.AZ