Pakistanda qəbilə qarşıdurması: 15 ölübackend

Pakistanda qəbilə qarşıdurması: 15 ölü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanın Hayber Paxtunxva əyalətində iki qəbilə arasında baş verən qarşıdurmada 15 nəfər həyatını itirib.

NOCOMMENT.az xəbər verir ki, ölkə mətbuatının məlumatına görə, Dera Adem Xel bölgəsində kömür mədəni üstündə “Günəşli Xel” və “Zərqun Xel” tayfaları arasında münaqişə baş verib.

Tərəflər arasında baş verən qarşıdurmada 15 nəfər həyatını itirib, çoxlu sayda yaralı var.

Polis vəziyyətin nəzarət altında olduğunu və məsələ ilə bağlı araşdırmalara başlanıldığını açıqlayıb.

Rəsmilər 2019-cu ildən bəri iki qəbilə arasında kömür mədəni məsələsi ilə bağlı fikir ayrılığının olduğunu bildirib.

NOCOMMENT.AZ