Pakistanda seçki qutularının sayılması zamanı X-ə giriş məhdudlaşdırılıbbackend

Pakistanda seçki qutularının sayılması zamanı X-ə giriş məhdudlaşdırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanda Milli Assambleya və əyalət məclisləri üçün fevralın 8-də keçirilən seçkilər üçün səslərin hesablanması başa çatana qədər ölkə daxilində X-ə giriş məhdudlaşdırılıb.

NOCOMMENT xəbər verir ki, Qlobal internetə çıxışı izləyən Londonda yerləşən “Netblocks” veb-saytı sosial media hesabında Pakistanda X-ə çıxışda ümummilli kəsinti olduğunu elan edib.

Həbsdə olan keçmiş baş nazir İmran Xanın partiyası olan Pakistan Ədalət Hərəkatı (PTI) tərəfindən edilən açıqlamada X-ə qoyulan məhdudiyyətin “utanc verici” olduğu ifadə edilərək, bu vəziyyətə reaksiya verilib.

Pakistanda səslərin hesablanmasının bu gün yekunlaşacağı və yekun nəticələrin açıqlanacağı gözlənilir.

Seçki Komissiyası 266 yerin mübarizə apardığı Milli Assambleyada 250 yerin bölünməsini elan edib.

Ölkədə 5 il qanunverici orqan funksiyasını yerinə yetirəcək Pakistan Milli Assambleyası və əyalət məclislərinin seçkiləri üçün səsvermə yerli vaxtla fevralın 8-də saat 08:00-da başlayıb və saat 17:00-da başa çatıb.