Pakistanda sərnişin qatarına bomba hücumubackend

Pakistanda sərnişin qatarına bomba hücumu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanın Bəlucistan əyalətinin Pişin şəhərində sərnişin qatarı relslərə qoyulmuş uzaqdan idarə olunan bombanın  partladılması nəticəsində qatar relsdən çıxıb.

NOCOMMENT.az xəbər verir ki, partlayış nəticəsində qatarın 8 vaqonunun relsdən çıxdığı, 18 nəfərin yaralandığı bildirilib.

Təhlükəsizlik qüvvələri ərazini mühasirəyə alarkən, yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıb.

Bölgədə aşmış vaqonların relslərdən çıxarılması işləri davam etdirilir. Hadisə yerinə təcili tibbi yardım və polis qrupları göndərilib.