Pakistanın Pəncab əyalətində güclü musson yağışlarının səbəb olduğu daşqınlar səbəbindən son 6 gündə təxliyə edilənlərin sayı 14 minə çatıb.
NOCOMMENT xəbər verir ki, daşqın Pəncabın Lahor şəhərindən 60 kilometr aralıda, Hindistan sərhədindəki Kasur bölgəsində təsirli olub.
Səlahiyyətlilər son 6 gündə 14 min insanın Kasur bölgəsində daşqınlardan zərər çəkmiş kəndlərdən təhlükəsiz bölgələrə təxliyə edildiyini açıqlayıb.
Pakistan Meteorologiya Departamenti, Bəlucistan və Sind əyalətində gələn həftə ərzində güclü yağışların davam edəcəyini bildirərək, daşqın ehtimalı barədə ictimaiyyətə xəbərdarlıq edib.
Hindistanda yağan güclü yağışlar da bu ölkədən Pakistana axan çayların daşmasına səbəb olub.
Hindistanın Ravi çayı üzərindəki bəndlərdən su buraxmasından sonra musson yağışlarından sonra iyulun 10-da Pakistanla sərhədə yaxın kəndlərdə insanların təxliyyəsinə başlanılıb.
Pakistanda 25 iyun-12 iyul tarixlərində musson yağışlarının səbəb olduğu fəlakət və qəzalarda 91 nəfər həyatını itirib.
Hər il iyun-sentyabr aylarında yağan musson yağışları Pakistana böyük ziyan vurur.
Keçən il Pakistanda musson yağışlarının yaratdığı daşqınlar nəticəsində 1739 nəfər həlak olmuş, fəlakətin ölkəyə vurduğu zərərin 30 milyard dolları keçdiyi açıqlanmışdı.