Pakistanda yenidən xaos – İmran Xan yenidən məhkəmə qarşısındabackend

Pakistanda yenidən xaos – İmran Xan yenidən məhkəmə qarşısında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Asiya ölkəsi olan Pakistanda bir müddətdir davam edən siyasi gərginlik indi qaynar nöqtəyə çatıb.

NOCOMMENT xəbər verir ki, ötən həftələrdə korrupsiya ittihamı ilə həbs edilən, lakin sonradan zaminə buraxılan keçmiş baş nazir İmran Xan yenidən məhkəmə qarşısına çıxıb.

Pakistanın keçmiş baş naziri İmran Xanın ötən ilin aprelində hakimiyyətdən devrilməsindən sonra ona qarşı 100-dən çox iş açılıb.
Xan terrorla mübarizə məhkəməsinin qarşısına çıxmaq üçün paytaxt İslamabada gəlib.

Xanın mart ayında məhkəmə qarşısına çıxdığı zaman İslamabad Ədliyyə Kompleksi qarşısında baş verən zorakılıqdan sonra keçmiş baş nazirə qarşı bir neçə iddia qaldırılıb. Anadolu agentliyinin verdiyi məlumata görə, məhkəmə ən azı səkkiz iş üzrə Xanın girov müqabilində azadlığa buraxılmasına qərar verib.