Pakistanda zəlzələ nəticəsində ölənlərin sayı 9-a çatıbbackend

Pakistanda zəlzələ nəticəsində ölənlərin sayı 9-a çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstanın Hindikuş bölgəsində dünən axşam saatlarında baş verən 6,5 bal gücündə zəlzələ nəticəsində Pakistanda həyatını itirənlərin sayı 9-a çatıb, 160-dan çox insan yaralanıb.

NOCOMMENT xəbər verir ki, ölənlərin sayı 9-a çatıb, 160-dan çox yaralı var. Ölənlər arasında 2 qadın və 2 uşaq da var.

İndiyədək ştatda 19 evə qismən ziyan dəyib.

Zəlzələ Pakistanın paytaxtı İslamabad, Lahor, Ravalpindi, Kvetta, Pişəvər və bir çox başqa şəhərlərdə hiss olunub.