Pakistan Xarici İşlər Nazirliyi bəyan edib ki, Əfqanıstandakı terror qruplaşmalarına qarşı həyata keçirilən son əməliyyatlar ölkənin özünümüdafiə hüququ çərçivəsində və vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə aparılıb.
NOCOMMENT.az xəbər verir ki, rəsmi açıqlamada Pakistan Silahlı Qüvvələrinin hərəkətlərinin Əfqanıstan ərazisində fəaliyyət göstərən “Fitnə əl-Xəvaric” və “Fitnə əl-Hindustan” qruplaşmalarının təkrar terror hücumlarına, eləcə də fevralın 26-na keçən gecə “Taliban” hərəkatının təxribat xarakterli addımlarına cavab olduğu bildirilib.
Nazirlik vurğulayıb ki, “Taliban” və ya digər terror qruplaşmaları tərəfindən hər hansı növbəti təxribat “qətiyyətli və adekvat tədbirlərlə” qarşılanacaq.
Açıqlamada həmçinin qeyd olunub ki, Pakistanın addımları yanlış şərh edilib və bu, Əfqanıstan ərazisindən terror hücumlarının sayının artmasına gətirib çıxarıb. Bildirilib ki, həmin hücumlar “Taliban” rejiminin, eləcə də Hindistanın fəal dəstəyi və yardımı ilə həyata keçirilir.
Sara













