Pakistandan İran açıqlaması: “Müvafiq tədbirlər görəcək”backend

Pakistandan İran açıqlaması: “Müvafiq tədbirlər görəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistan yanvarın 16-da ölkənin hava sərhədlərini “əsassız şəkildə pozduğuna” görə İrana etiraz edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Pakistan Radiosu ölkənin informasiya naziri Murtaza Solanqiyə istinadən məlumat yayıb.

Nazirin sözlərinə görə, Pakistan hakimiyyəti İranın “qanunsuz hərəkətini” araşdırır. Solanqi qeyd edib ki, Pakistan dövlət suverenliyi ilə bağlı beynəlxalq qanunları nəzərə alaraq müvafiq tədbirlər görəcək.

Yanvarın 16-da İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəlucistan əyalətindəki “Ceyş əl-Ədl” terror qruplaşmasının bazasına ballistik raket və pilotsuz uçuş aparatları ilə zərbə endirib. Bu, İranın Pakistan ərazisinə ilk raket hücumu idi.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bildirib ki, İran ordusu “Pakistan ərazisində iranlı terrorçuları” hədəfə alıb.

Pakistan Xarici İşlər Nazirliyi İranın ölkə ərazisinə endirdiyi zərbələri kəskin şəkildə pisləyib. Hadisədən sonra Pakistan tərəfi öz səfirini İrandan geri çağırıb.