Pakistandan Türkiyəyə yardımbackend

Pakistandan Türkiyəyə yardım

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistan martın 23-dək Türkiyəyə 50 min qış çadırı göndərəcək

NOCOMMENT xəbər verir ki, Pakistanın baş naziri Şahbaz Şərif fevralın 6-da baş verən Kahramanmaraş mərkəzli zəlzələlər səbəbindən Türkiyəyə martın 23-dək 50 min qış çadırı göndərəcəklərini açıqlayıb.

Milli mətbuatın məlumatına görə, Şərif Türkiyədə zəlzələ yardımının qiymətləndirilməsi üçün Lahorda keçirilən toplantıya sədrlik edib.

Çadırlarla yanaşı, Türkiyəyə 38 min ədyal, Pakistan Beynəlxalq Hava Yolları (PİA) tərəfindən həyata keçiriləcək 34 uçuşla zəlzələdən zərər çəkən Suriyaya 22 min ədyal və 10 min ərzaq bağlaması göndəriləcək.