Pakistanın keçmiş baş naziri İmran Xan həbs edilibbackend

Pakistanın keçmiş baş naziri İmran Xan həbs edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistan polisi məhkəmə qərarı ilə Pakistanın keçmiş baş naziri İmran Xanı Lahordakı evində həbs edib.

NOCOMMENT xəbər verir ki, Pakistan mətbuatında yer alan xəbərlərə görə, Xan baş nazir olarkən aldığı hədiyyələrin təfərrüatlarını açıqlamadığı üçün mühakimə olunduğu məhkəmədə təqsirli bilinib.

İslamabad Məhkəməsi Xanı 3 il həbs cəzasına məhkum edib, onun barəsində həbs qətimkan tədbiri seçilib.

Pakistan qanunlarına görə, baş nazirlər, nazirlər, bürokratlar və yüksək rütbəli dövlət məmurları xarici dövlət xadimlərindən alınan hədiyyələr barədə “Toşaxana” adlanan şöbəyə məlumat verməyə borcludurlar. Bildirilir ki, PTI hökuməti dövründə İmran Xana təqdim edilən hədiyyələr barədə məlumat verilməyib.