Pakistanlı xanımla evlənən azərbaycanlı oğlan danışdı: Rektor sürpriz etdibackend

Pakistanlı xanımla evlənən azərbaycanlı oğlan danışdı: Rektor sürpriz etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 15-də Bakı Ali Neft Məktəbinin (BANM) azərbaycanlı məzunu bu təhsil ocağının pakistanlı tələbəsi ilə ailə həyatı qurub.

NOCOMMENT.az xəbər verir ki, BANM-ın Neft-qaz mühəndisliyi ixtisasının məzunu Elvin İsmayılov eyni ixtisasın III kursunda təhsil alan pakistanlı tələbə Masuma Rizvi ilə nikaha girib.

Gənclərin nikahı bu gün 5 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydə alınıb.

Müqəddəs Ramazan ayında baş tutan bu nikah mərasiminə BANM-ın rektoru Elmar Qasımovla Pakistanın ölkəmizdəki səfiri Bilal Haye şahidlik edib.

Elvin İsmayılov nikah mərasimi ilə bağlı təəssüratlarını AzEdu.az-la bölüşüb:

“Rektorun təşəbbüsü ilə çəkiliş heyəti və Pakistanın ölkəmizdəki səfiri də dəvət edildi. Bütün bunlardan nikaha çox az zaman qalmış xəbər tutduq, bizim üçün sürpriz oldu”.

O, pakistanlı tələbə qızla universitetdə tanış olduğunu bildirib:

“2015-ci ildə Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi ixtisasına qəbul olunmuşdum. Onunla universitetdə tanış olduq, eyni ixtisas üzrə təhsil alırdıq. Biz tanış olanda o, II, mən isə V kursda oxuyurdum. Əslində, bununla bağlı dəqiq planlarımız olmasa da, gələcəkdə təhsilimizi davam etdirməyi düşünürük”.

Elvin nikahla bağlı hər şeyin rektorun təşəbbüsü ilə həyata keçirildiyini və onlar üçün sürpriz olduğunu qeyd edib:

“Biz ilk olaraq “Asan xidmət”ə nikahla bağlı müraciət etdik. Sonra universitet, rektor bundan xəbər tutdu, ancaq necə olduğunu bilmədik. Daha sonra rektorun təşəbbüsü ilə çəkiliş heyəti və Pakistanın ölkəmizdəki səfiri də dəvət edildi. Bütün bunlardan nikaha çox az zaman qalmış xəbər tutduq, bizim üçün sürpriz oldu.

Nikahımıza universitetimizin rektoru Elmar Qasımov və səfir Bilal Haye şahidlik etdi, bu bizim üçün gözəl xatirə oldu. Təşəkkür edirik. Bundan sonra Azərbaycanda yaşamağı düşünürük”.

Son olaraq o, akademik fəaliyyətini hansı istiqamətdə davam etdirəcəyini bildirib:

“Hazırda geoloqam, SOCAR-da mühəndis olaraq fəaliyyət göstərirəm. Bundan sonra da akademik fəaliyyətimi ya elmi iş, ya da mühəndislik üzrə davam etdirməyi düşünürəm”.