Palata sədri Naxçıvandakı nöqsanlardan DANIŞDIbackend

Palata sədri Naxçıvandakı nöqsanlardan DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Naxçıvan Muxtar Respublikasında aşkar olunan bəzi nöqsanlar onların hüquqi bazanın təkmil olmamasından irəli gəldiyini deməyə əsas verir”.

NOCOMMENT.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib. O bildirib ki, bu il Palata bölgənin əhatə dairəsində olan dövlət müəssisə və təşkilatlarında 9 audit aparıb:

“Auditlərin nəticələri ümumiləşdirilərək ümumi xarakterli nöqsanların hamısı qruplaşdırılıb. Bu nöqsanların biziləri bizə hüquqi bazanın təkmil olmamasından irəli gəldiyini deməyə əsas verir. Hüquqi bazanın təkmil olması dövlət büdcəsinin layihəsi və icrası dövrlərini tam şəkildə əhatə etdiyindən bununla bağlı muxtar respublikanın rəhbərliyi ilə təkliflər vermək fikrimiz var. Bu təkliflər büdcənin həm layihələndirilməsi, həm də icrası dövründə büdcənin daha təkmil olmasına töhfəsini verməlidir”. “Unikal”