Palatadan növbəti il üçün maaş və pensiya AÇIQLAMASIbackend

Palatadan növbəti il üçün maaş və pensiya AÇIQLAMASI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2023-cü ildə orta aylıq pensiya məbləğinin artım tempi cari il üçün orta aylıq əməkhaqqının artım tempi ətrafında nəzərdə tutulub.

NOCOMMENT xəbərinə görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin plenar iclasında çıxışında bildirib.

V.Gülməmmədov deyib ki, pensiya sistemini xarakterizə edən göstəricilər əsasən qənaətbəxş səviyyədə olsa da, gələcək dövr üçün artıq bir sıra çağırışlar üzrə əsaslar formalaşmaqdadır: “Onlar arasında ən əsası məşğul əhali və pensiyaçıların sayı arasında olan nisbət göstəricidir. İqtisadiyyatda məşğulluğun artırılması ilə bağlı tədbirlərin gücləndirilməsi, rəsmi məşğulluğun artırılması və ödəmələr üzərində inzibati alətlərin gücləndirilməsi hələ ki, kəskin həddə çatmayan göstəricinin davranışında müsbət meyli formalaşdırmış olar”.

“Növbəti ildə əhaliyə ödənişlərin cari illə müqayisədə artımla proqnozlaşdırılması fonunda bu ödənişlərin digər struktur elementi olan məcburi dövlət sosial sığorta haqları hesabına müavinət xərclərinin azalma ilə nəzərdə tutulması artımın bütünlüklə pensiya xərclərini əhatə edəcəyini göstərir ki, bu da pensiyaçıların rifah halının qorunması və gücləndirilməsi istiqamətində müsbət rol oynayacaq”, – deyə palata sədri qeyd edib..