“Palmali”dən Mənsimovun adıyla dələduzluq edən şəxslə bağlı AÇIQLAMA – VİDEObackend

“Palmali”dən Mənsimovun adıyla dələduzluq edən şəxslə bağlı AÇIQLAMA – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün ifaçı Xatirə İslam “İnstagram” hesabında özünü Mübariz Mənsimovun danışmanı olaraq təqdim edən Sahil İmanov adlı şəxsi dələduzluqda ittiham edən video paylaşıb.

Xatirə İslam bildirib ki, Sahil İmanov adlı şəxs Mübariz Mənsimovun adından və nüfuzundan sui-istifadə edərək bir çox məşhur ifaçıdan pul alaraq onlara sosial mediada bir sıra xidmətlər göstərəcəyi barədə yalan vədlər verib.

NOCOMMENT.az xəbər verir ki, “Palmali” şirkətlər qrupunun mətbuat katibi Fidan Quliyeva bu barədə açıqlama verib.

“Mübariz Mənsimovun heç bir zaman Sahil İmanov adlı media müşaviri olmayıb. Mübariz Mənsimovun media işlərini 10 ildən çoxdur ki, mən idarə edirəm. Mübariz Mənsimovun qanunsuz həbsindən sonra bu adamı tanımışam. Videobloger olduğunu bilirəm, amma nə şirkət, nə Mübariz Mənsimovun xanımı, nə də ailə ilə heç bir bağlantısı yoxdur. Müstəqil jurmalist kimi özünü təqdim edib. Dəyərli sənət adamlarımıza müraciət edərək bildirmək istəyirəm: “Palmali”nin nə ünvanı, nə də telefon nömrələri dəyişib. Rəsmi səhifələrimiz və nəhayət, şirkətin rəsmiləri var. Kimsə sizi dolandırmağa cəhd edirsə, bunu dəqiqləşdirmək o qədər də çətin deyil. Xahiş edirəm, belə hallarla qarşılaşsanız bilavasitə mənimlə əlaqə saxlayın. Ümumilikdə, sosial mediada Mübariz Mənsimovun adını etiketləyərək əlaqəsi olmayan xəbərlərə rast gəlirik. Xəbərdarlıq edirik ki, rəsmi olmayan xəbərlərdə nə “Palmali” Holdingin, nə də Mübariz Mənsimobun adı hallanmasın. Əks təqdirdə, hüquq-mühafizə orqanlarına müraciət edəcəyik”, – Quliyeva bildirib.