Pandemiya dövründə mütləq yeyilməli olan 10 MEYVƏbackend

Pandemiya dövründə mütləq yeyilməli olan 10 MEYVƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qida mütəxəssisləri pandemiya dövründə istifadəsi mütləq olan 10 meyvənin adını açıqlayıb.

NOCOMMENT.az həmin meyvələrin siyahısını təqdim edir.

Kivi

Yüksək miqdarda C, K və E vitamininə malik kivi vitamin qəbulunda möhtəşəm alternativ yaradır.

Heyva

Şişkinlik və oqranizmin su toplamasına qarşı mükəmməl təbii dərman effekti verən heyva bol şəkildə C vitamininə malikdir. Heyva immun sistemini qüvvətləndirərək allergik reaksiyaların qarşısını almağa yardımçı olur.

Balqabaq

İstər şirniyyatda, istərsə şorbalarda istifadə edə biləcəyiniz təbiət möcüzəsi olan balqabaq alfa və betokeratin mövzusunda bənzərsizdir. Hüceyrələri yeniləyir.

Qreyfurt

Ən ləzzətli və ən faydalı dövrü noyabrda olan qreyfurt ən aşağı kalori miqdarına sahib qidalardandır. Pəhriz saxlayanlar üçün bu dövrdə xüsusi tövsiyə olunur.

Naringi

C vitamini ilə bol olan naringi immunitetin möhkəmlənməsinə yardımçı olur.

Əncir

Təzə, quru və ya mürəbbə formasında istifadə etdiyimiz əncir tarixin ən qədim meyvələrindəndir.

Nar

Təzə sıxılmış suyuna daha çox üstünlük verilən nazir viruslara qarşı qalxan rolunu oynayır.

Alma

Antioksidant deposu olan almanın qabığı ilə istifadəsi tövsiyə edilir.

Armud

Yüksək xolestrol problemi ilə mübarizə aparan insanların bir nömrəli təbii yardımçısı olan armud həm də şirniyyat istəyini sıfıra endirir.
Publika.az