Pandemiya zamanı eynək və linzalardan necə istifadə etməliyik?backend

Pandemiya zamanı eynək və linzalardan necə istifadə etməliyik?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ, Kanada, İngiltərə və Avstraliya oftalmoloqları pandemiya zamanı linza və eynəyin istifadəsi haqqında tövsiyyələr veriblər.

Beş maddədən ibarət olan bu tövsiyyələri  NOCOMMENT.az RİA Novostiyə istinadən sizə təqdim edir.

Birincisi – Kontakt linzalar istifadə oluna bilər. Linzadan istifadə edənlərin eynək taxanlarla müqayisədə COVİD-19-a yoluxma riskinin çox olması haqqında heç bir elmi sübut yoxdur.

İkincisi – Linza və eynəkdən istifadə edərkən gigiyena qaydalarına əməl etmək mütləqdir.Əlləri yaxşıca yuyun, linzanı quru əllə götürün, linzanın saxlanma yerini dezinfeksiya edin, mütəmadi olaraq eynəyi iliq su və sabunla yuyaraq təmizləyin.

Üçüncüsü – Adi eynəklərin koronavirusdan qoruması haqqında miflərə inanmayın. Bu fikir hələ heç bir elmi dəlillə təsdiqlənməyib.

Dördüncüsü – Xüsusi ilə eynək və linza taxanlar hər zaman əllərinizi üzünüzdən kənar tutmağa çalışın. Yuyulmamış əllərinizlə burun, ağız və gözlərinizə toxunmaqdan çəkinin. Hətta ÜST də bu qaydaya ciddi riayyət etməkdə israr edir.

Beşincisi – Xəstə insanlar sağalana kimi kontakt linzadan istifadəni dayandırmalıdır. Bu müddət ərzində eynək taxmaq daha məqsədə uyğundur. Tam sağaldıqdan sonra isə köhnə yox, yeni linzalardan istifadə edilə bilər.