Pandemiyadan sonra milyonlarla insan yoxsullaşdıbackend

Pandemiyadan sonra milyonlarla insan yoxsullaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Asiya İnkişaf Bankının (AİB) məlumatına görə, keçən il 155 milyondan çox insan gündə 2,15 dollardan az pulla yaşayıb.

NOCOMMENT.az xəbər verir ki, AİB hesabat hazırlayıb. Sənəddə 2022-ci ildə inkişaf etməkdə olan Asiyada 155 milyondan çox insanın ifrat yoxsulluqdan əziyyət çəkdiyi qeyd olunub.

Bu rəqəm pandemiya səbəbindən əvvəlki illərə nisbətən 67,8 milyon nəfər çoxdur. Filippində yerləşən inkişaf bankı ötən il COVID-19 pandemiyası səbəbindən Asiya ölkələrində 70 milyona yaxın insanın yoxsulluq içində yaşadığını bildirib.

Həddindən artıq yoxsulluq Dünya Bankı tərəfindən 2017-ci ilin qiymətləri əsasında və inflyasiyaya uyğunlaşdırılmış şəkildə gündə 2,15 dollardan az pulla yaşamaq kimi müəyyən edilir. Yoxsulluğun azaldılmasında davamlı irəliləyiş gözlənilsə də, AİB-in hesabatına görə, region əhalisinin təqribən 30,3 faizinin (təxminən 1,26 milyard insanın) 2030-cu ilə qədər gündə 3,65-6,85 dollarla yaşayacağı gözlənilir.

publika.az