Papa Fransisk Milad çıxışında Rusiya və Ukraynaya müraciət edibbackend

Papa Fransisk Milad çıxışında Rusiya və Ukraynaya müraciət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Papa Fransisk Rusiya və Ukraynanı Milad günü sülh danışıqlarına çağırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS Roma Papasının Urbi et Orbi Milad müraciətinə istinadən məlumat yayıb.

“Gəlin Ukraynada silahlarımızı yerə qoyaq! Ədalətli sülhə nail olmaq üçün danışıqlara, dialoqa, görüşə qapıları açmaq iradəsi olsun. Yaxın Şərqdə silahlarımızı yerə qoyaq. Fikirlərimi İsrail və Fələstindəki, xüsusən də dəhşətli humanitar vəziyyətin ağır olduğu Qəzzada olan xristian icmalarına yönəldirəm”. – deyə o vurğulayıb.

O, həmçinin dünyanı sarsıdan münaqişələrin bütün tərəflərini girov və məhbusları tezliklə azad etməyə çağırıb və çıxışında Suriya, Livan və Liviyanı da xatırladıb.