Papa Fransisk xəstəxanadan çıxdı: Mən hələ də sağambackend

Papa Fransisk xəstəxanadan çıxdı: Mən hələ də sağam

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Roma Papası Fransisk martın 29-da qəbul edildiyi İtaliyanın paytaxtı Romadakı Gemelli xəstəxanasından evə buraxılıb. Papa çöldə gözləyənləri salamlayaraq “Hələ də sağam” deyib.

NOCOMMENT xəbər verir ki, katoliklərin ruhani lideri 86 yaşlı Papa Fransisk çərşənbə günü nəfəs darlığı səbəbilə xəstəxanaya yerləşdirildiyi İtaliyanın paytaxtı Romadakı Gemelli xəstəxanasından buraxılıb.

Vatikandan verilən açıqlamada bronxit diaqnozu qoyulan Papa Fransiskin müalicəyə tez reaksiya verdiyi bildirilib.

Səhər xəstəxanadan çıxan Papa Fransisk çöldə onu gözləyən jurnalistləri və tezliklə sağalmasını arzulayanları salamlayıb.

“Qorxmuram, hələ sağam” deyərək Papa daha sonra avtomobili ilə Vatikana doğru yola düşüb.