Müqəddəs Taxt-Tacın Ermənistandakı nümayəndəsi arxiyepiskop Xose Avelino Betankur baş nazir Nikol Paşinyana Müqəddəs Taxt-Tacın ali mükafatlarından biri olan Papa IX Piyin Böyük Xaç Cəngavər Ordenini təqdim edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin rəhbərinin mətbuat xidməti məlumat yayıb.
“Baş nazir Nikol Paşinyan ölkəmizdə diplomatik missiyasını başa vuran Müqəddəs Taxt-Tacın apostol nunsiisi, arxiyepiskop Xose Avelino Betankurtu qəbul edib. Ermənistan və Müqəddəs Taxt-Tac arasında əlaqələrin möhkəmlənməsinə kömək etmək məqsədilə arxiyepiskop Betankur Baş mükafata layiq görülüb. Nazir Paşinyana Roma Papası IX Piyin Böyük Xaç Cəngavər Ordeni – Papa Fransisk tərəfindən verilən Müqəddəs Taxt-Tacın ən yüksək mükafatlarından biridir”, – məlumatda deyilir.