Papaq lounge-dəki bıçaqlanma ilə bağlı – Rəsmi açıqlamabackend

Papaq lounge-dəki bıçaqlanma ilə bağlı – Rəsmi açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Yasamal rayonunda yerləşən “Papaq lounge” restoranında bıçaqlanma hadisəsi baş verib.

NOCOMMENT.az “qafqazinfo”ya istinadən xəbər verir ki, dava-dalaş zamanı bir nəfər bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

DİN Mətbuat Xidmətinin inspektoru, polis kapitanı Nurlan Əliyev saytımıza bildirib ki, hadisə ilə bağlı ərazi üzrə polis bölməsində araşdırma aparılır:

“Əməli törədən şəxs müəyyən olunaraq saxlanılıb. Zərərçəkmişin xəsarətlərinin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, “Papaq lounge” bloqer Hüseyn Əzizoğluya məxsudur.