Papikyan Ermənistanın yeni Baş naziri ola bilər?backend

Papikyan Ermənistanın yeni Baş naziri ola bilər?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda Baş nazir Nikol Paşinyanın həm daxili, həm də xarici siyasətdə durmadan uğursuzluğa düçar olması fonunda İrəvanda onun hakimiyyətdən uzaqlaşdırılması barədə ciddi şəkildə düşünməyə başlayıblar. Üstəlik, Paşinyanın əleyhdarları bunu müxtəlif yollarla həyata keçirmək niyyətindədirlər.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, Suren Papikyanın ölkənin müdafiə naziri təyin edilməsi sərhəddəki vəziyyətlə deyil, ilk növbədə Paşinyan və onun siyasi komandasına qarşı mübarizə ilə bağlıdır.

Erməni KİV qeyd edir ki, Papikyan çoxdan Paşinyana alternativ olaraq görülür. Xüsusilə “Hraparak” nəşri yazır ki, Ermənistanda iyun ayında keçirilən növbədənkənar parlament seçkiləri dövründə seçkilərin təşkili və keçirilməsi, eləcə də təbliğat-təşviqat işlərinin bütün yükünü Suren Papikyan çəkib. Nəticədə o, müəyyən dairələrdə nüfuz qazana bilib.

Papikyan Baş nazirin müavini vəzifəsində işə başladıqda ona bir çox funksiyalar həvalə edilmişdi və o, bəzən Paşinyanın əvəzinə qərarlar qəbul etməli olurdu. Və qeyd etmək lazımdır ki, o, qarşıya qoyulan vəzifələrin öhdəsindən asanlıqla gəlirdi.

Məlumata görə, Papikyan qubernatorlar, icmaların və vilayətlərin liderləri ilə möhkəm əlaqələr yarada bilib. Həmçinin yeni müdafiə naziri erməni diasporunun nümayəndələrinin dəstəyini də qazana bilib.

Bununla yanaşı, Papikyanın Paşinyanı əvəz etmək potensialını Kreml də sezib. Nəşr yazır ki, Papikyanı Moskvanın razılığı olmadan müdafiə naziri təyin etmək mümkün deyildi. Belə iddia edilir ki, Rusiya Papikyan və Alen Simonyan vasitəsilə elə hakimiyyətdəcə Paşinyanı əvəz edəcək alternativ hazırlamağa çalışırlar. Paşinyan isə bütün bu təhlükələri görsə də, vəziyyəti dəyişmək imkanına malik deyil. Bu isə ilk növbədə Ermənistanda lazımi kadr seçiminin kasad olması ilə bağlıdır.

“Hraparak” yazır ki, Ermənistanda müdafiə naziri vəzifəsi faktiki olaraq arzuolunmaz olaraq qalır və qalacaq.

“Aydın məsələdir ki, Ermənistan ordusu gələcəkdə Azərbaycan Silahlı Qüvvələrinə müqavimət göstərə bilməyəcək və əvvəlki qüdrətini də bərpa etmək iqtidarında olmayacaq. Güman edilir ki, Paşinyan yaxın vaxtlarda vəzifəsini tərk etməsə, o zaman Papikyan müdafiə naziri postunda əvvəlki inzibati rıçaqları itirmək riski ilə üzləşəcək. Belə ki, o da gec və yaxud tez digər müdafiə nazirləri kimi nüfuzdan salınacaq”, – deyə nəşr yazır.