Papikyan Hindistanın müdafiə naziri ilə görüşdübackend

Papikyan Hindistanın müdafiə naziri ilə görüşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hindistana işgüzar səfərim zamanı müdafiə naziri Şri Racnat Sinq ilə görüşdüm”.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi Suren Papikyandan sitat gətirməklə məlumat paylaşıb.

Görüş zamanı Papikyan əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib. İkitərəfli əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. Bundan əlavə, ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlığın bir sıra məsələləri müzakirə edilib.

Papikyan Azərbaycanla münaqişədə İrəvanın tərəfini tutması və “müxtəlif beynəlxalq instansiyalarda səsləndirdiyi aydın mövqeyinə görə” Hindistana təşəkkür edib. Həmçinin, vəzifədaşını Ermənistana rəsmi səfərə dəvət etdib.