Papua-Yeni Qvineyada GÜCLÜ ZƏLZƏLƏbackend

Papua-Yeni Qvineyada GÜCLÜ ZƏLZƏLƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sakit okeanın cənub-qərbində – Papua-Yeni Qvineyada 7 bal gücündə zəlzələ baş verib. 

NOCOMMENT.az xəbər verir ki, ABŞ Geoloji Xidməti ölkənin şimal-şərqindəki Kainantu bölgəsində zəlzələnin 90 kilometr dərinlikdə baş verdiyini açıqlayıb.

ABŞ Milli Okean və Atmosfer İdarəsi zəlzələdən sonra Papua Yeni Qvineya və İndoneziya sahilləri üçün sunami xəbərdarlığı etsə də, daha sonra bu xəbərdarlıq ləğv edilib.

Dağıntı və itki barədə hələlik məlumat yoxdur.

NOCOMMENT.AZ