PARADOKS: Azərbaycanda əkizlər qəbul imtahanında eyni bal topladılar – FOTObackend

PARADOKS: Azərbaycanda əkizlər qəbul imtahanında eyni bal topladılar – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kürdəmir rayonu, Şilyan kənd orta məktəbinin məzunları olan əkiz bacılar – Nuranə və Aynurə Əhmədovalar qəbul imtahanında da eyni bal toplayıblar.

NOCOMMENT xəbər verir ki, bu barədə sosial şəbəkədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb.

#Maraqlı Kürdəmir rayonu, Şilyan kənd orta məktəbinin 2 məzunu – əkiz bacılar – Əhmədova Nuranə və Aynurə qəbul imtahanlarında da əkiz bal toplayıblar. Hər 2-si 490 bal toplayıb.

Gepostet von Azerbaycan Universitetleri am Donnerstag, 10. September 2020

Şilyan kənd orta məktəbinin direktoru Talıb Cahangirov məlumatı qafqazinfo-ya təsdiqləyib. Direktor bildirib ki, bacılardan biri – Nuranə Əhmədova I qrupa, Aynurə Əhmədova isə II qrupa imtahan verib.

“İkinci qrupa imtahan verən Aynurə əvvəlcə dizayner olmaq istəyirdi, amma sonra fikrini dəyişdi, indi tarix və coğrafiya müəllimi olmaq istəyir. Digər bacı isə riyaziyyat-informatika müəllimliyini seçib”, – deyə T.Cahangirov bildirib.