Parisdə ifrat sağçı qrup müşayiət olunmayan uşaq miqrantları hədələdibackend

Parisdə ifrat sağçı qrup müşayiət olunmayan uşaq miqrantları hədələdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın paytaxtı Parisdə müşayiəti olmayan 400-dən çox uşaq miqrantın sığındığı məktəbin qarşısında ifrat sağçı qrupun toplaşaraq onları təhdid etdiyi bildirilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Utopia 56” xeyriyyə təşkilatı öz “Twitter” hesabından məlumat verib.

Açıqlamada Parisdə ifrat sağçı “Natifs” (Yerlilər) qruplaşmasının dünən gecə 400-dən çox müşayiətsiz azyaşlının qaldığı məktəbin qarşısına gəldiyi qeyd edilərək “Təhdidə baxmayaraq, hökumət icazə verir” deyə qeyd edilib.

“Utopia 56” cinayət işi qaldırdığını bildirib.

Açıqlamada fərqli ifrat sağçı qrupların daha əvvəl də “təhdid cəhdləri”nin olduğunu bildirilib.

NOCOMMENT.AZ