Parisdə Peyğəmbərin karikaturasını göstərən müəllimin başı kəsildi – FOTObackend

Parisdə Peyğəmbərin karikaturasını göstərən müəllimin başı kəsildi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paris yaxınlığında bir məktəb müəllimi öldürülərək başı kəsilib.

NOCOMMENT qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə dini zəmində baş verib. Müəllim tarix dərsində söz azadlığı mövzusundakı bir müzakirə çərçivəsində Məhəmməd peyğəmbərin karikaturasını şagirdlərə göstərdiyinə görə “cəzalandırılıb”.

BBC News-un məlumatına görə, hücum Konflans Seynt Honorində bir məktəbdə baş verib, lakin DW-nin əlində hadisənin metro qatarında baş verməsi barədə məlumatlar var. Terrorçu “Allahu Əkbər!”, – deyə qışqıraraq qurbanına zərbə endirib və böyük bıçaqla başını kəsib.

Şübhəlinin ardınca düşən polis onu başqa bir yerdə – Eranyi yaxınlığında güllələyib.

Bəzi məlumatlara görə, məhv edilməzdən əvvəl terrorçu tvitterdə prezident Emmanuel Makrona müraciət etməyə macal tapıb. O, Fransa prezidentini “kafirlərin lideri”, qətli isə “edam” adlandırıb.

Təcavüzkarın rəsmləri görən məktəblilərdən birinin atası ola biləcəyi versiyası da yoxlanılır.

Qətldə Moskvada anadan olmuş 18 yaşlı çeçen əsilli oğlan şübhəli bilinir. Rusiya səfirliyi bu məlumatları yoxlayır, terrorçunun vətəndaşlığı hələ təsdiqlənməyib.