Parisdə qatar stansiyasına bıçaqlı hücum: Yaralılar varbackend

Parisdə qatar stansiyasına bıçaqlı hücum: Yaralılar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın paytaxtı Parisdə Gare Lyon qatar stansiyasında bıçaqlı hücum olub. 1-i ağır 3 nəfər yaralanarkən, təcavüzkar tutularaq nəzarətə alındı.

NOCOMMENT xəbər verir ki, Fransanın paytaxtı Parisdə Gare Lyon qatar stansiyasında bir şəxs bıçaqlı hücum həyata keçirib. Vağzalda bıçaqlı hücumda 3 nəfərin yaralandığını bildirən polis, şübhəlinin həbs olunduğunu açıqlayıb.

Hücum edən şəxslə bağlı məlumat paylaşılmasa da, yaralılardan birinin vəziyyətinin ağır, ikisinin isə yüngül olduğu bildirilib.