Abşeron rayonu, Mazasır qəsəbəsi, Əliağa Vahid küçəsidə yerləşən eyni adlı parkın ərazisində qanunsuz tikinti işlərinin aparıldığı iddia edilir. İddialara görə, sakinlər üçün salınmış parkda restoran-kafe açılması planlaşdırılır.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, sakinlər iddia edirlər ki, parkın hasarı iki yerə bölündüyündən onlar məcbur qalaraq həyətlərinə düşən hissəni şəxsi təşəbbüsləri hesabına bərpa etmək istəyiblər.
Bununla bağlı Masazır bələdiyyəsi və Qəsəbə nümayəndəliyinin razılığını da alıblar.
Abşeron Rayon İcra Hakimiyyətindən “Xəzər Xəbər”ə bildirildi ki, Masazırda park ərazisində tikinti işlərinin aparılması ilə bağlı məlumat daxil olan kimi əməkdaşlar əraziyə baxış keçiriblər. Araşdırma zamanı məlum olub ki, parka qonşu olan şəxsə məxsus qəzalı vəziyyətdəki hasar gecə saatlarında sökülüb və park ərazisində vətəndaş tərəfindən hasarın bir hissəsi tikilib. Səhər saatlarında da hasarın inşası dayandırılıb, qanunsuz tikili sökülüb. Həyata keçirilən qanunsuz tikinti işləri protokollaşdırılıb və aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət edilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.