Parkda uşaqlara bıçaqlı HÜCUMbackend

Parkda uşaqlara bıçaqlı HÜCUM

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın Annesi şəhərindəki parkda bıçaqlı hücum nəticəsində 4-ü uşaq olmaqla 6 nəfər yaralanıb.

NOCOMMENT.az xəbər verir ki, yaralılardan ikisinin vəziyyətinin ağır olduğu öyrənilib.

Yerli mətbuata danışan hadisə şahidi 3-4 yaşlı uşaqlara həkim qruplarının müdaxilə etdiyini gördüyünü deyib.

Fransa prezidenti Emmanuel Makron yaralananlar arasında böyüklərin olduğunu açıqlayıb.

Xəsarət alanların sayı və onların kimliyi ilə bağlı hələlik dəqiq məlumat paylaşılmayıb.

Sosial mediada hücumu qınayan Makron, “Ansidə qorxaqcasına hücum. Uşaqlar və böyüklər həyatla ölüm arasındadır. Millətimiz sarsılır. Dualarımız yaralılar və onların ailələri ilədir” deyə qeyd edib.

NOCOMMENT.AZ