Parkinqdə yanğın baş verdi – iki nəfər öldübackend

Parkinqdə yanğın baş verdi – iki nəfər öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva vilayətinin Odintsovo şəhərində baş verən yanğın nəticəsində iki nəfər ölüb.

 

NOCOMMENT.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.

 

Məlumatda bidirilib ki, Odintsovo şəhərində yerüstü parkinqdə yanğın baş verdiyi barədə məlumat daxil olub: “Dərhal hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib. Yanğın 713 kvadratmetr sahədə lokallaşdırılıb. Təəssüf ki, iki nəfər həlak olub”.

 

Qeyd edilib ki, hadisə yerində dörd texnika və 20 canlı qüvvə çalışır.