Parklanma ödənişlərini onlayn qaydada edə bilməyən yaşlı sürücülər nə etməlidir? – AÇIQLAMAbackend

Parklanma ödənişlərini onlayn qaydada edə bilməyən yaşlı sürücülər nə etməlidir? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bildiyimiz kimi, “Azparking” ödənişləri nağdsız qaydada – mobil tətbiq və ya sms vasitəsilə həyata keçirilir. Lakin onlayn şəkildə ödəniş etməyi bilməyən yaşlı sürücülər də var. Belə ki, minik avtomobillərini idarə edən şəxslər 65 yaşdan sonra tibbi yoxlamadan keçirilir və müayinədən keçəcəkləri halda, onlara 70 yaşa qədər sürücülük hüququ verilir.

 

70 yaşdan sonra isə hər 2 ildən bir sürücü sağlamlıq müayinələrindən keçməlidir. Şəxsin səhhətində bir problem aşkarlandıqda isə həmin insan sürücülük hüququndan məhrum edilir. Yəni fiziki şəxslər öz şəxsi avtomobillərini sağlamlıqları icazə verdiyi müddətdə sürə bilərlər.

 

Bəs mobil tətbiq və ya sms ilə ödəniş edə bilməyən sürücü nə edə bilər? Belə olan halda “Azparking” əməkdaşlarının hansısa köməklik göstərmək səlahiyyətləri varmı?

 

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat katibi Pərvanə Əliyeva bildirilib ki, parklanma üçün qanunsuz pul yığımının qarşısının alınması məqsədilə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilir:

 

“1 ildən çoxdur ki, parklanma yerləri yeni qaydalar əsasında idarə olunur. Bu qaydalar parklanma sahəsində nizam-intizamın yaradılmasına, qanunsuz pul yığımının qarşısını almaqla maliyyə şəffaflığının təmin olunmasına xidmət edir. Parklanmaya görə ödənişin həyata keçirilməsi qaydalarına əsasən, sürücü avtomobili parklanma məntəqəsində park etdiyi zaman dərhal vaxtı açmalı və avtomobil məntəqəni tərk etdikdə sonlandırmalıdır. Bu prosesin düzgün reallaşdırmamasına görə məsuliyyət bilavasitə sürücünün üzərindədir”.

P.Əliyeva qeyd edib ki, ödənişləri həyata keçirmək üçün isə sürücülərə 2 müxtəlif üsul təqdim olunur:

““AzParking” mobil tətbiqi və sms vasitəsilə ödənişləri etmək mümkündür. Ən asan yolu mobil tətbiqi “App Store” və “Google Play”dən yükləməkdir. Avtomobili park etdikdən dərhal sonra sürücülər mobil tətbiqi açmalı və parklanmanın başladığını təsdiq etməlidirlər.SMS vasitəsilə ödəniş etmək istəyənlər isə parklanma başladıqda avtomobilin dövlət qeydiyyat nişanı və parklanma məntəqəsinin nömrəsini “1181” qısa nömrəsinə göndərməlidirlər”.

Onun sözlərinə görə, sürücülərə kömək və parklanmaya nəzarət məqsədilə “Azparking” ərazilərinə əməkdaşlar cəlb olunub:

“Hər bir parklanma məntəqəsində parklanmanın və ödənişlərin həyata keçirməsi qaydalarını əks etdirən məlumat lövhələri quraşdırılıb. Sürücülər məlumat lövhələrindəki informasiya uyğun olaraq parklanma prosesini reallaşdıra bilərlər. Çətinlik yarandığı təqdirdə parklanmaya nəzarət edən xüsusi ayrılmış əməkdaşlar vətəndaşlara köməklik göstərirlər”.

 

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə görə, ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, parklanmaya görə ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə 20 manat məbləğində cərimə edilir.