Parklanma yerləri bayram günlərində də ödənişsiz ola bilər? – VİDEObackend

Parklanma yerləri bayram günlərində də ödənişsiz ola bilər? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həftənin bazar günləri Bakıda parklanma yerləri ödənişsizdir. Bəs bayram günlərində də bu yanaşma tətbiq edilə bilərmi?

NOCOMMENT.az xəbər verir ki, bayram günlərində də bazar günü olduğu kimi parklanma yerlərinin əksəriyyəti boş olur. Lakin sürücülər adi günlərdə olduğu kimi ödəniş edirlər. Bəzi inkişaf etmiş ölkələrdə isə bayram günlərində də parklanma yerləri pulsuz olur.

Sürücülər bu yanaşmanın ölkəmizdə də tətbiq olunmasının tərəfdarıdırlar.

Ekspertlər də hesab edirlər ki, parklanma yerlərini bayram günlərində də ödənişsiz etmək olar.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən “Xəzər Xəbər”ə bildirdilər ki, məsələ qanunvericiliyə əsasən tənzimlənir. Hazırda ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək saxlanılması üçün ödəniş tələb olunmur. Saat 22:00-dan 07:00-dək və həftənin bazar günləri də parklanma ödənişsizdir. Digər vaxtlarda, o cümlədən də bayram günlərində isə parklanmaya görə ödəniş tələb olunur. Lakin parklanma yerlərinin bayram günlərində pulsuz olması məsələsi hələ ki gündəmdə deyil.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.