Parlamentdə döyülən deputat xəstəxanaya yerləşdirilibbackend

Parlamentdə döyülən deputat xəstəxanaya yerləşdirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamentində bu gün baş verən insident zamanı xəsarət alan müxalif deputat Qeqam Nazaryan xəstəxanaya yerləşdirilib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə onun deputat həmkarı, müxalif “Hayastan” fraksiyasının nümayəndəsi Qeqam Manukyan məlumat veri: “Onu Malayan adına Oftalmoloji Mərkəzə yerləşdiriblər…”

Manukyan digər cəbhə yoldaşları arasında yaralıların olmasından bixəbərdir.

Xatırladaq ki, bu gün ölkə parlamentində həm səhər, həm də fasilədən sonra deputatlar arasında əlbəyaxa dava olub. Hər iki halda Təhlükəsizlik Xidmətinin əməkdaşları davaya müdaxilə etməli olublar…