Parlamentdə tiktokla bağlı təklif: Qadağan olunsunbackend

Parlamentdə tiktokla bağlı təklif: Qadağan olunsun

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir çox ölkələrdə TikTok sosial şəbəkəsi haqqında müsbət fikirlər səsləndirmək mümkündür. Amma təəssüflər olsun ki, TikTokun Azərbaycan seqmenti ilə bağlı belə fikirlər demək olmur.

NOCOMMENT xəbər verir ki, bu fikirləri parlamentin iclasında deputat Elşad Mirbəşir səsləndirib.

Deputat təklif edib ki, qanunvericilik formasında azyaşlıların TikToka çıxışı qadağan edilsin, praktiki addımlar atılsın: “Son dövrlər TikTokda kontent formalaşmaqdadır və bu, bizim milli-mədəni ənənələrimizlə ziddiyyət təşkil edir. Bu məsələyə xüsusi diqqət yetirilməlidir. Hazırda TikTok istifadəçiləri arasında 16-24 yaş arası yeniyetmələr çoxluq təşkil edir. Azərbaycana gəldikdə isə daha çox azyaşlılar istifadə edir. Bu məsələ mütləq şəkildə nəzarətə götürülməlidir”.

Elşad Mirbəşir qeyd edib ki, bir sıra ölkələr hətta TikTokun fəaliyyətini məhdudlaşdırıb: “Nümunə kimi qeyd edim ki, Çin, Hindistan və ABŞ-də məhkəmə qərarları ilə TikTokun fəaliyyəti məhdudlaşdırılıb”.