Parolu bank məmuru hesab etdiyi şəxsə dedi və…backend

Parolu bank məmuru hesab etdiyi şəxsə dedi və…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulda bir şəxs özünü bank məmuru kimi təqdim edən şəxslərə şifrəni verərək 2 milyon lirə zərərə uğrayıb.

NOCOMMENT xəbər verir ki, pulları şəxsi hesablarına köçürən 6 nəfərdən ibarət şəbəkə qısa müddətdə nəzarətə götürülərək məhkəmə orqanları tərəfindən həbs edilib.

İstanbulda ticarətlə məşğul olan 48 yaşlı F.Ç telefonda özünü bank işçisi kimi təqdim edən şəxslər tərəfindən aldadıldığı barədə şikayət ərizəsi ilə polisə müraciət edib. F.Ç., telefonla zəng edən şəxslərin özlərini bank işçisi kimi təqdim etdiklərini və hesablarındakı xətanı aradan qaldırmaq üçün telefonlarına göndərilən şifrəni istədiklərini bildirib. Həmin an çox məşğul olduğu üçün şifrəni düşünmədən verdiyini izah edən F.Ç, daha sonra hesabını yoxlayanda 2 milyon lirəsinin başqa hesaba köçürüldüyünü görüb.