Partiya sədri BIÇAQLANDI – FOTObackend

Partiya sədri BIÇAQLANDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Yenilik Partiyasının sədri Öztürk Yılmaz onunla görüşə gələn naməlum şəxs tərəfindən bıçaqlanıb.

NOCOMMENT.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə partiyanın Çankayada yerləşən qərargahında baş verib.

Partiya sədrini ayağından yaralayan naməlum şəxs hadisə yerindən qaçıb.

Sağlamlıq qrupları tərəfindən xəstəxanaya aparılaraq müalicə edilən Öztürk Yılmazın səhhətinin yaxşı olduğu, həyatı üçün təhlükə olmadığı bildirilib.

Hücum anı və Yılmazın səhhəti ilə bağlı məlumat verən Yaylagül “Hücum edən şəxs İstanbuldan gəldiyini və bir fincan çay içmək istədiyini söylədi. O, içəri girəndən sonra birbaşa sədrin boynuna hücum edib”, – deyə bildirib.

Qeyd edək ki, Türkiyə polisi hücum edən şəxsin saxlanıldığını açıqlayıb. Hadisənin səbəbi hələlik məlum deyil, araşdırma aparılır.

 

Jalə Bədirova

NOCOMMENT.az